18 Avqust 2026, Çərşənbə axşamı
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Stepan Polyak da “İnter”ə keçir

Avropa Liqasında “Laçi” ilə cavab görüşünə hazırlaşan “İnter” digər tərəfdən də transfer çalışmalarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, “bankirlər” daha bir oyunçu ilə gücləniblər.

Yay fasiləsində Yuri Fomenko, Rauf Əliyev, Mirhüseyn Seyidov, Denis Silva, Laşa Kasradze, Xuan Fransisko, Nika Kvekveskiri, Tural Qürbətov, Zurab Xizanişvili və Elnur Abdullayevi heyətinə qatan “İnter” daha bir tanış simanı transfer edib. Söhbət ötən mövsümü “Simurq”da keçirən Stepan Polyakdan gedir.

Klubun meneceri Aleksey Barvinski hazırda düşərgədə olan xorvatiyalı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Onun sözlərinə görə, 32 yaşlı oyunçu yeni komandası ilə 6 aylıq müqavilə imzalayacaq.

 Qeyd edək ki, Stepan Polyak “Simurq”un heyətində Premyer Liqada 86 oyun keçirib, 11 qola imza atıb. O, ötən mövsümdə 23 görüşdə iştirak edib.

Mənbə: apasport.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31