29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

Syomin: “Birdən-birə yaxşı nəticə qazanmaq olmur”

“Fikrimcə, ilk hissədə çox yaxşı oynadıq, iki top fərqi ilə irəli çıxdıq. İkinci hissədə isə futbolçular niyəsə hesabı qorumağa çalışırdılar. Buna görə keyfiyyətli oyun göstərə bilmədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Təcrübəli mütəxəssis çempion ola bilməmələrinin səbəblərini də açıqlayıb: “Bütün deyilənlərə baxmayaraq, komanda qarşısına qoyulan məqsədə çatdı, Avropa Liqasına vəsiqə qazandı. Qarşıda daha iki oyunumuz var. Kubokun finalına da hazırlaşacağıq. Futbolçuları və klub rəhbərliyini bu uğurla təbrik edirəm. Möcüzə olmur. Birdən-birə yaxşı nəticə qazanmaq olmur. Müəyyən səhvlər olurdu, ona görə alınmırdı. Zirvədə olan komandalar mövsüm boyu daha yaxşı oynayırdı, heyətləri daha stabil idi. Ötən illə müqayisədə 10 yeni futbolçumuz var. Bu cür heyət dəyişikliyi ilə ilk ildə çempion olan komanda tanımıram”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31