29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

“Qəbələ” tarixi uğura imza atdı

“Qəbələ” klubu tarixi uğura imza atıb. Futbolxeber.az-ın məlumatına görə, əyalət təmsilçisi ilk dəfə olaraq avrokuboklara vəsiqə qazanıb. Azərbaycan Premyer Liqasının 34-cü turunda öz meydanında “Bakı”nı məğlub edən (3:1) Yur Syominin komandası bununla da Avroliqaya vəsiqəni rəsmiləşdirib. “Qırmızı-qaralar” son iki turda uduzsa belə, şəxsi oyunlardakı üstünlüyə görə “Bakı”nı qabaqlayacaq.

Xatırladaq ki, “Qəbələ”yə qədər “Qarabağ” və “İnter” də növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil etmək hüququ qazanıb. Sonuncu - dördüncü vəsiqə isə “Neftçi” və “Bakı”dan birinə qismət olacaq. Əgər, “Neftçi” bu gün AZAL-ı məğlub edə bilsə, o zaman “ağ-qaralar” da avrokuboklara vəsiqəni rəsmiləşdirəcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31