20 Aprel 2026, Bazar ertəsi
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Ölkə futbolu

“İBA Cup” III - turnirin keçirilmə tarixi ilk dəfə Futbolxeber.az-da!

Beynəlxalq Bankın sponsorluğu, “İnter” İdman Klubu və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə yeniyetmə futbolçular arasında keçirilən “İBA Cup” turniri bu mövsüm də baş tutacaq. Bu haqda Futbolxeber.az saytına eksklüziv olaraq "İnter" UGFM-in inkişaf layihəsi üzrə meneceri Valentin Xodukin açıqlama verib: “Bəli, “İBA Cup” turniri bu mövsüm də keçiriləcək. Yarış 16-21 iyun tarixləri arasında baş tutacaq. Oyunlar da “Şəfa” stadionunda keçiriləcək”.

V.Xodukin turnir iştirakçılar haqda ətraflə məlumat verməyib: “Əslində, iştirakçılar haqda danışmağım düzgün çıxmaz. Çünki turnirə Beynəlxalq Bank sponsorluq edir və onlar hələlik turnir iştirakçılarının adlarının açıqlanmasını istəmirlər. Yalnız onu deyə bilərəm ki, iştirakçıların 90 faizi ötənilki komandalar olacaq. Artıq həmin klublara dəvət də göndərilib”.

Xatırladaq ki, ilk yarışın qalibi “Rubin”, ötən ilki turnirin çempionu isə “Beşiktaş” olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30