19 May 2026, Çərşənbə axşamı
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?

Ölkə futbolu

Vüqar Əsgərov 57 dəqiqə meydanda oldu

Milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, onun çıxış etdiyi “Metallurq” evdə “Ventspils”lə qarşılaşıb. 27 yaşlı futbolçu hesab 1:1 olarkən fərqlənə bilmədiyi üçün 57-ci dəqiqədə yerini Yenis İkauniekə verib. Məhz bundan sonra “Metallurq” daha 2 top vuraraq qələbə qazanıb – 3:1.

Qeyd edək ki, Vüqar bu il “Skonto” ilə kubok matçında (3:1) 72-ci dəqiqədə meydana çıxmış və 2 dəqiqə sonra qol vurmuşdu. O, METTA / LU (4:0) ilə çempionat oyununda 55-ci dəqiqədə meydana daxil olub, “Dauqava” ilə görüşdə (1:2) isə 90 dəqiqə çıxış edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31