6 Sentyabr 2025, Şənbə
Tahir Gözəldən BOS açıqlaması
2030-cu ilə kimi “Qarabağ”la...
U-21 millimiz Portuqaliya səfərində
Höccət Haqverdi "Sumqayıt"da

Basketbol

"Sumqayıt" amerikalını transfer etdi

Yeni mövsümə hazırlaşan "Sumqayıt" amerikalı basketbolçu Si Cey Consu transfer edib.

Futbolxeber.az saytının məlumatına görə, 198 sm boya malik 27 yaşlı oyunçu həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində oynayır.

Karyerasına Alabama ştatının "Birmingem" komandasında başlayan Cons buna qədər Niderland və Kipr çempionatlarında da oynayıb. O, son olaraq Panamanın "Dragones de Don Bosco" klubunda çıxış edib.

Si Cey Panama çempionatında hər oyuna orta hesabla 19 xal və 6,3 ribaundla yadda qalıb. O, hətta Panamada "ilin legioneri" mükafatını da qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30