Ölkə futbolu
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev dünən Azərbaycan Premyer Liqasının VII turunda “Qəbələ”ni 4:1 hesabı ilə məğıub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı Sportify.az-a istinadən müsahibəni təqdim edir:
- Qarşılaşmanı necə dəyərləndirirsiniz?
- Bu, bizim üçün çox vacib qələbə idi. Komanda psixoloji baxımdan yaxşı vəziyyətdə deyildi. Bu gün qalib gəlmək bizim üçün çox önəmli idi. Futbolçuları təbrik edir və onlara təşəkkürümü bildirirəm ki, bu çətin oyundan üzüağ çıxdılar.
- “Kəpəz”lə oyunda qələbəni son dəqiqələrdə əldən verdiniz. Bu dəfə isə dörd qol vuraraq qalib gəldiniz...
- “Kəpəz”lə matçda da komanda yaxşı oynamışdı. Düşünürəm ki, qələbəyə layiq idik. Gəncə Stadionunda möhtəşəm atmosfer, “Kəpəz”in çox yaxşı azarkeş dəstəyi var idi. Qələbəyə çox yaxın idik, amma təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik. Buna görə də bugünkü qələbənin bizim üçün nə qədər vacib olduğunu başa düşürdük.
- Gəzən söz-söhbətlərə görə, bu gün qələbə qazanılmasaydı, baş məşqçi Filipe Kandido ilə yolların ayrılması məsələsi gündəmə gələ bilərdi. Bu məlumatlar doğrudurmu?
- Xeyr, belə söhbət heç vaxt olmayıb. Çünki Kandidonun işindən də, komandadan da, futbolçuların keyfiyyətindən və nümayiş etdirdiyimiz oyundan da çox məmnunuq. Sadəcə, futboldur, bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Nəticələr gəlmədikcə psixoloji təzyiq də artır. Amma baş məşqçi ilə yolların ayrılması barədə heç vaxt söhbət olmayıb.
- Mövsümün əvvəlindəki uğursuz nəticələrdə təqvimin nə qədər rolu oldu?
- Təqvimdən daha çox zədəli futbolçuların yoxluğu təsir göstərdi. İkinci amil kimi təqvimi qeyd etmək olar, amma əsas problemimiz zədələr idi. Artıq bilmirik ki, bu qədər zədə niyə baş verir. Bu gün də hücumçumuz Jeam Oliveyra ağır zədə aldı. Onun uzun müddət meydanlardan kənarda qalması ehtimalı böyükdür. Oyunun sonlarında Rüstəm Əhmədzadə də zədələndi. Bilmirəm necə olacaq. Zədəli futbolçular sarıdan vəziyyət doğrudan da çox pisdir.
- Nihad Əhmədzadənin əvəzedici komandaya göndərilməsi ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb...
- Nihadla bağlı mətbuatda xeyli xəbərlər dolaşdı. Onun guya müqavilə imzalamaq istəmədiyi bildirilirdi. Amma bu, tamamilə yalan məlumatdır. Belə bir şey yoxdur. Nihadin klubumuzla 2028-ci ilə qədər müqaviləsi var. Onun əvəzedici komandaya göndərilməsinin səbəbi isə tam başqadır. Nihad da, yaxınları da bunun səbəbini çox gözəl bilirlər. Məqsədimiz onu qorumaqdır. Ümid edirəm ki, hələ gec deyil və Nihad etdiyi səhvləri anlayaraq meydandan kənardakı həyat tərzində müəyyən dəyişikliklər edəcək.
- O, sizin də sevimli futbolçularınızdan biridir. Bu qərar onun gələcəyinə necə təsir edə bilər?
- Mən bütün gənc futbolçularımızın hər zaman arxasında olmuşam və olacağam. Sadəcə, son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq. Təəssüf ki, bu məlumatlar doğru idi.
- Bunu birbaşa nizam-intizama bağlaya bilərik?
- Bəli.
- Mövsümün əvvəlindəki uğursuz nəticələrə baxmayaraq, klubda müəyyən sakitlik hiss olunurdu. Transferlər və baş məşqçinin təyinatı ilə bağlı ciddi narahatlıq görünmürdü. Bu, Premyer Liqadakı təcrübənizdən irəli gəlirdi?
- Komandaya qoşulan futbolçuların keyfiyyəti də yaxşı idi. Təcrübə də müəyyən mənada öz sözünü deyir. Amma yenə vurğulayıram ki, əsas problemimiz təqvim deyil, zədəli futbolçular idi. İlk iki oyuna əsas heyətin yeddi-səkkiz futbolçusu olmadan çıxdıq. Səbuhi Abdullazadə də ilk oyunda xoşagəlməz hadisə ilə üzləşdi və uzun müddət meydanlardan kənarda qalacaq. Əsas çətinliyimiz bu idi. Bu gün üç xal qazanmaq bizim üçün çox vacib idi. Ümid edirəm ki, bundan sonra komandada özünəinam daha da artacaq və daha yaxşı nəticələr əldə edəcəyik.
- Legioner limitinin ləğvindən sonra Azərbaycan klublarının avrokuboklarda oynaması bir qədər çətinləşib və hətta mümkünsüzə çevrilib. “Sumqayıt”ın bu mövsüm də sürpriz etmək iddiası varmı, yoxsa yenə də ortabab klub kimi əsas məqsəd liqada qalmaqdır?
- Mən əvvəllər də şəxsi fikrimi bildirmişdim. Düşünürəm ki, legioner limitinin dəyişilməsi ilə Azərbaycan çempionatında klublar arasında çox böyük uçurum yaranacaq. Amma nə deyim? Bu, bir qədər ağır məsələdir. Hazırda bu barədə danışmaq istəməzdim.
- Əslində təcrübəli futbol funksioneri kimi ağır məsələ ilə əlaqədar sizə istiqamətləndik ki, bəlkə bir qədər geniş danışasınız...
- Yox, yaxşısı budur ki, hələ bu barədə danışmayaq. Çünki danışılası başqa mövzular də var.
- Milli fasilə “Sumqayıt” üçün nə dərəcədə faydalı oldu: Həm zədəlilərin bərpası, həm də yeni futbolçuların uyğunlaşması baxımından vəziyyət necədir?
- Fasilə faydalı oldu. Komandada yeni futbolçular var idi, gənc qapıçımız Aftandil Arixov və Mamadi Banqre heyətə gec qoşuldu. Eyni zamanda, xeyli sayda zədəli oyunçumuz var idi. Bu baxımdan, milli komandaların oyunları ilə əlaqədar fasilə komandamız üçün faydalı oldu.
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıdışınız niyə gecikir?
- Meydançanın ot örtüyü tam möhkəmlənməyib və istədiyimiz nəticəni əldə edə bilməmişik. Buna görə də növbəti iki oyunu “SOCAR Polymer Arena”da keçirmək qərarına gəldik. Planımız “Şəfa” ilə X tur oyununu artıq Mehdi Hüseynzadə adına stadionda keçirməkdir.
- Meydanın bərpası və baxımı ilə bağlı klubun üzərinə hansı öhdəliklər düşür?
- Meydançanın baxımı klubumuzun üzərindədir.
- Qarşıdakı “Araz-Naxçıvan”la oyunun əhəmiyyəti nə qədər böyükdür və rəqiblə xal fərqini artırmaq baxımından bu matç nə vəd edir?
- Həddindən artıq vacib oyun olacaq. Həm rəqiblərimizdən uzaqlaşmaq, həm də xal fərqini artırmaq baxımından bu qarşılaşmanın əhəmiyyəti böyükdür. “Araz-Naxçıvan”ın da yeni məşqçisi var və onlar da mütləq qələbə qazanmağa çalışacaqlar. Buna görə bizi çox ağır və eyni zamanda son dərəcə vacib oyun gözləyir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
09:45
"Qarabağ" və "Turan Tovuz"un səfər sınağı
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
11.10.2026
10.10.2026
09.10.2026























