11 Oktyabr 2026, Bazar günü
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Digər idman növləri

Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayıb və Avstriyanı 4:0 hesabı ilə məğlub edib.

Madina Kaisinova (+70) Mariya Höllvart üzərində qələbə qazanıb. Xədicə Qədəşova (+57) Laura Kallingerə qalib gəlib.

Kişilərin yarışında Zelim Kotsoyev (+90) Movli Borçaşvilini məğlub edib. Ardınca Rəşid Məmmədəliyev (+73) isə Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Azərbaycan komandası 1/8 finalda Yaponiya millisi ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Yaponlarla görüşdə millimizin heyətində Kotsoyev qalib gəlib, Qadaşova, Ağayeva, Məmmədəliyev və Tsakayev isə məğlub olub.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar. Azərbaycan millisi fərdi yarışlarda ümumi komanda hesabında 3-cü yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31