11 Oktyabr 2026, Bazar günü
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

Yeton Bekiri: “Bizə vaxt lazımdır”

“Qəbələ” Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Erkən qollar buraxdıqdan sonra çətin oldu bizə toparlanmaq üçün. Əvvəlki oyunlara baxmışdım və asanlıqla qollar buraxdığımızı görürdüm. Bu problemi aradan qaldırmaq üçün buradayıq".

- Komandanı tam formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Əlbəttə ki, vaxt çox lazımlı bir məqamdır. Oyunun əvvəlində 3 zərbənin üçünün də qol olması çox çətindir. Güclü komandalar da bu məqamlarda geridönüş etməkdə çətinlik çəkirlər. Bizə vaxt lazımdır. Düşünürəm ki, bu və digər çatışmazlıqları aradan qaldıracağıq.

- Növbəti turda son çempion "Sabah"la qarşılaşacaqsınız. Qısa müddətdə nələri dəyişməyi düşünürsünüz?

- Azərbaycan Premyer Liqası çox güclü liqadır. "Sabah" yaxşı komandadır. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq.

- Adətən, mövsümün gedişatında gələn baş məşqçi sonda uğur qazanmayanda komandanı özünün qurmadığını qeyd edir...

- Bu barədə şikayət etməyəcəyəm. Mən buraya işləməyə gəlmişəm. Komandamdakı futbolçularla birlikdə çalışıb sonda əlimizdən gələni etməyə çalışacağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31