Ölkə futbolu
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
Azərbaycan Premyer Liqasının VII turu “Qarabağ” üçün əlamətdar olacaq.
Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, Ağdam klubu Azərbaycan çempionatlarında 1000-ci matçına çıxacaq.
Mövsümdə 6-cı, tarixdə 1000-ci
Cari mövsümün startına qədər 994 qarşılaşmaya çıxan “Qarabağ”ın II turdakı görüşü təxirə salınmışdı. UEFA Konfrans Liqasında iştirak səbəbindən Ağdam klubunun mövsümdəki 6-cı oyunu VII tura təsadüf edəcək. Yubiley matçı Yevlax şəhər stadionunda təşkil olunacaq. “Qarabağ”ın bu gün keçiriləcək dueldəki rəqibi “İmişli”dir. Qarşılaşma saat 16:00-da başlayacaq.
600-cü qələbəyə doğru
Əvvəllər güclülər dəstəsi, yüksək dəstə kimi də adlanan Premyer Liqada 999 oyun keçirən “Qarabağ” hamıdan çox - 591 qələbə qazanıb. 600-cü qələbəsini elə cari mövsüm əldə etməsi real görünən komandanın hesabında 223 heç-heçə var. Ağdamlılar 185 dəfə meydandan xalsız ayrılıblar. Bölgə təmsilçisi 494 dəfə evdə, 493 dəfə səfərdə meydana çıxıb. Digər 12 görüş neytral meydanlarda baş tutub.
Pley-offun yeganə çempionu
“Qarabağ”ın neytral meydanda 12 matç keçirməsinin iki səbəbi var. Bunlardan birincisi 1993 mövsümü ilə bağlıdır. Tarixdə ilk və sonuncu dəfə çempionla mükafatçılar yarımfinal, 3-cü yer uğrunda matç və finaldan ibarət pley-offla müəyyənləşib. “Qarabağ” da neytral meydanda baş tutan həlledici görüşləri udmaqla qızıl medallara yiyələnib. “Qarabağ”ın çempionatdakı 999 oyunundan 997-si liqa, 2-si pley-offa təsadüf edib. 1995/96 mövsümündə isə final mərhələsinin 10 turu neytral arenalarda təşkil olunub.
12579 gün əvvəlki “11-lik”
1000-ci oyuna aparan yol bu matçdan 12 min 579 gün əvvəl başlayıb. 1991-ci ildə SSRİ çempionatının II dəstəsində mübarizə aparan üç təmsilçimizdən biri olan “Qarabağ” Qərb zonasında 11-ci yerdə başa vurduğu mövsümün ardından ilk müstəqil yarışa qatılıb. 1992-ci il mayın 3-də gerçəkləşən debüt matçı Ağdam şəhər stadionunda baş tutub. Sabirabad “İnşaatçı”sına qarşı görüşü “Qarabağ” aşağıdakı “11-lik”lə əvəzolunmadan keçirib: Namiq Bəşirov, Səttar Əliyev, Nazim Mehrəliyev, Şahid Həsənov, Məmməd Məmmədov, Məhəmməd İsmayılov, Mehman Alışanov, Yaşar Hüseynov, Cavanşir Novruzov, Mahir Əliyev, Elşad Xudadatov.
Tarixi qol
Ölkənin tanınmış referisi, SSRİ dövründə qazanılan avrokubok təcrübəsinə malik Rüstəm Rəhimovun idarə etdiyi qarşılaşma erkən qolla başlayıb. Mehman Alışanov artıq 4-cü dəqiqədə ağdamlı azarkeşləri sevindirib. Bu, təkcə “Qarabağ” üçün deyil, Azərbaycan futbol tarixi üçün əlamətdar olub. Alışanov həm ölkə çempionatları tarixində, həm də müstəqillik dövründə ilk qolun müəllifi kimi tarixə düşüb.
Oyunçu-baş məşqçi ilə start
“Qarabağ”ın Azərbaycan çempionatlarındakı ilk baş məşqçisi Nazim Mehrəliyev olub. O, “İnşaatçı” ilə qarşılaşmada oynayan baş məşqçi kimi özü də meydana çıxıb. Bu, təcrübəli futbolçunun bu “amplua”da çempionatdakı ilk və son görüşü olub. Həmin qarşılaşmada isə hər hissədə bir qol buraxan “Qarabağ” 1:2 hesabı ilə uduzub.
999 oyunun qazancı: 20 medal, 12 qızıl
Ölkə çempionatlarında yüksək dəstənin iki daimi iştirakçısından biri olan “Qarabağ” 35-ci mövsümün oyunlarını keçirir. Əvvəlki 34 ildə komanda 12 dəfə - 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25 mövsümlərində ölkə çempionu adına yiyələnib. Bundan başqa, 5 gümüş və 3 bürüncü də olan “Qarabağ” ümumilikdə 20 dəfə mükafata sahib çıxıb.
1000 ərəfəsində rəqəmlər nə deyir?
“Qarabağ” 999 oyunda hamıdan çox - 165 dəfə böyük hesabla qalib gəlib. 21 belə məğlubiyyəti olan komanda 467 dəfə qapısını toxunulmaz saxlayıb, 208 dəfə özü meydandan qolsuz ayrılıb. 108 görüş isə qolsuz bitib. “Şamaxı” üzərində 8:0 hesablı qələbə Ağdam təmsilçisi üçün rekord sayılır. Bundan başqa, komanda 6 dəfə meydandan 7, 22 dəfə 6 qolla ayrıla bilib. Het-triklər, pokerlərlə zəngin tarix rəqibin və özünün avtoqolları ilə də yadda qalıb. Ümumiyyətlə, 59 rəqiblə görüşən “Qarabağ” “Neftçi” ilə daha çox – 102 dəfə üz-üzə gəlib. Rəqiblər arasında xala həsrət qalanlar da var, məğlubedilməzlər də. “Qarabağ”ın 1000-ə qədər olan yolunda 15 texniki qələbə, 8 texniki məğlubiyyət var ki, onlardan ikisində hər iki komanda xalsız qalıb. Nəticəsi ləğv edilən 9 matçdan 4-ü texniki nəticə ilə əvəzlənib, digərləri isə rəqib çempionatdan çıxdığı üçün silinib.
“11-lik”: Qurban Qurbanovdan aşkar üstünlük
999 oyunda “Qarabağ”a 11 baş məşqçi rəhbərlik edib. 1992-2008-ci illəri əhatə edən 16 ildə 10 mütəxəssis ümumilikdə 435 görüşdə “sükan arxası”nda olub. 2008-ci ildən bu günə qədər “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov 999 matçlıq dövrün yarıdan da çoxunda – 18 ildə və 564 matçda komandaya rəhbərlik edib. 11 baş məşqçidən üçü - Nazim Mehrəliyev. Cavanşir Novruzov və Elşad Əhmədov həm futbolçu, həm baş məşqçi kimi Ağdam klubuna xidmət edib. Rasim Kara isə klub tarixinin yeganə legioner çalışdırıcısıdır.
“Qarabağ”ın rekordçuları
“Qarabağ”ın 999 çempionat matçında ən çox meydana çıxan oyunçu Maksim Medvedevdir. Karyerası boyu yalnız bir klubda çıxış etmiş sabiq müdafiəçinin hesabında 376 oyun var. O, təkcə klubun deyil, Premyer Liqa tarixinin bir komandadakı oyun sayında mütləq rekordçusudur. Ümumiyyətlə, bu siyahıda ilk 4 yer “Qarabağ”ın futbolçularınındır. 305 oyun keçirən Qara Qarayev də “300” səddini adlayıb. Bədavi Hüseynovla Aslan Kərimov “Top-4”də yer alsa da, liderlərdən xeyli geri qalırlar.
“Qarabağ”ın “topçu”ları
Ölkə çempionatları tarixində bir klubda təkcə ən çox oyun keçirən deyil, həm də ən çox qol vuranın da adı “Qarabağ”la bağlıdır. Müşfiq Hüseynov eyni komandada 100-dən çox qol vuran yeganə futbolçudur. O, Ağdam klubunun çempionat matçlarında 109 dəfə fərqlənib. Komandanın Premyer Liqadakı ikinci bombardiri Mahir Emrelidir. Onu rekordçudan 50 qol ayırır. İlk “üçlüy”ü Abdullah Zubir qapayır. “Qarabağ”ın ən məhsuldar legioneri 55 dəfə rəqib qapılarına yol tapıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
09:45
"Qarabağ" və "Turan Tovuz"un səfər sınağı
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
11.10.2026
10.10.2026
09.10.2026























