11 Oktyabr 2026, Bazar günü
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”

"Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Qarşımızda çox yaxşı, kompakt müdafiə olunan komanda var idi. Səbirli olmaq lazım gəlirdi. Bunu da bacardılar. Futbolçularımı təbrik etdim. Azarkeşlərimizi də təbrik etmək istəyirəm. 1000-ci çempionat oyununda iştirak etdilər. Elə azarkeş var ki, bəlkə də 1000 oyunumuzun hamısında da iştirak edib. Xeyli azarkeş gəlmişdi. Bu görüşdə qalib gələrək, onların əziyyətini dəyərləndirdik. Çalışacağıq ki, qarşıdakı matçlara daha ciddi hazırlaşaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda  "İmişli"yə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

“Milli fasilədən sonra komandaya yeni qoşulan və zədədən qayıdan futbolçuların bərpa və adaptasiya prosesi necə gedir?” sualını təcrübəli mütəxəssis belə cavablandırıb:

“Hələ ki çatışmazlıqlar var. Çünki 20 günə yaxın bir müddətdə futbolçularımızın böyük bir qismi komandadan ayrı düşmüşdü, zədəli oyunçularımız var idi. Lakin çox istəkli və məsuliyyətli şəkildə hazırlaşırlar. Yaxşı idman formasını bərpa etmək üçün zamana ehtiyac var. Amma hamısından razıyam. Onların çox istəkli və peşəkar olduğunu görürəm”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31