Ölkə futbolu
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
Təxminən 10 il əvvəl idi. Dostumun avtomobili ilə “Vasmoy bazarı”nın qarşısından keçirdik. Həmişəki kimi bazarın qarşısında dəhşətli tıxac var idi. Dostuma dedim ki, “inşallah, gün gələcək Qarabağ problemini də həll edəcəyik, amma bu bazarın qabağındakı tıxac problem həll olunmayacaq”. Zaman keçdi, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz əzəli torpaqlarımızı düşmən işğalından azad etdi. İnsafən, “Vasmoy bazarı”nın qarşısındakı tıxac da azalıb. İndi hər dəfə bu söhbət yadıma düşəndə, istər-istəməz futbol hakimlərimizlə müqayisə aparıram. İllər keçir, AFFA-da prezidentlər, vitse-prezidentlər, baş katiblər, komitə sədrləri dəyişir, amma hakimlik məsələsinə əlac tapılmır ki, tapılmır. Hətta VAR belə futbolumuzdakı bu problemə əncam çəkə bilməyib.
Srağagün “Neftçi”nin turnir cədvəlindəki ən yaxın izləyicisi “Sabah”la oyunda növbəti dəfə hakimlik məsələsi müzakirə mövzusuna çevrildi. Düzdür, bu dəfə nə “Sabah”ın lehinə penalti təyin edildi, nə də “Neftçi”nin 11 metrlik cərimə zərbəsi ləğv olundu. Əvəzində görüşün baş hakimi Rauf Cabbarov “Sabah”ın futbolçusu Velko Simiçə qırmızı vərəqə göstərməyə ürək eləmədi. Bəli, məhz ürək eləmədi. Çünki eyni epizod fərqli komandanın oyununda yaşansaydı, baş hakim “Sabah”ın futbolçusunun etdiyi hərəkəti təkrarlayan oyunçunu meydandan qovardı. İnanmırsınız? Buyurun, aşağıdakı videoya diqqət edin:
Göründüyü kimi, cari mövsümün ilk turunda keçirilən “Sumqayıt” - “Neftçi” matçında oxşar epizodda hakim meydan sahiblərinin kapitanı Səbuhi Abdullazadəyə qırmızı vərəqə göstərir. Lakin Simiç “Sumqayıt”ın yarımmüdafiəçisindən də aqressiv idi. Gah "Neftçi"nin bir futbolçusunu yerə yıxdı, gah digərinin üzərinə hücum çəkdi, boğazından vurdu. Bir sözlə, serb yarımmüdafiəçi meydandan qovulmaq üçün hər şeyi etdi. Gəl ki, nə baş hakim “Sabah”ın futbolçusuna qırmızı vərəqə göstərdi, nə də VAR-ın epizoda müdaxil etməyə cəsarəti çatdı. Daha əvvəl də dəfələrlə qeyd etmişik, bir klubun rəsmi, qeyri-rəsmi rəhbərləri AFFA-da söz sahibləridirsə, hakimlərin bu cür ikili yanaşmaları davam edəcək. Yaxın keçmişdə futboldan silinən sabiq referi Rauf Allahverdiyev bütün hakimlər üçün nümunədir. Allahverdiyevin aqibətini yaşamamaq üçün heç kim “Sabah”la problem yaşamaq istəmir. Axırı da belə olur...
Necə ola bilər ki, eyni epizodda bir futbolçuya qırmızı vərəqə verilir, digərinə sarı? Velko Simiçin Səbuhi Abdullazadən üstünlüyü nədədir? “Sabah”ın futbolçusu olmasında? Məgər qaydalar futbolçunun soyadına, yaxud təmsil etdiyi kluba görə dəyişir? Hakimlərin bu ikili yanaşması nə vaxt qədər davam edəcək? “Sabah” onsuz da güclüdür, qazandığı nəticələr də buna bariz nümunədir. Bu gün hakim köməyinə də komandanın ehtiyacı yoxdur. Bəs yalnız dildə ədalət qoruyucusu olan hakimlər niyə “Sabah”a qarşı fərqli davranırlar? Oyun ərzində bir neçə dəfə fikir verdim, Valdas Dambrauskas dördüncü hakimə sərt şəkildə etiraz edirdi. Əminəm ki, onun yerində hansısa bir azərbaycanlı mütəxəssis, yaxud iddiasız klubun əcnəbi baş məşqçisi olsaydı, minimum sarı vərəqə alardı, hətta böyük ehtimalla, tribunaya da göndərilərdi. Lakin Dambrauskasa gözün üstündə qaşın var demək olmaz...
Bu cür qərarlar adamı futboldan iyrəndirir. Bəs deyil, axı bu cür ikili yanaşmalar nə vaxta qədər davam edəcək? Hakimlər kluba, futbolçuya görə fərqli qərar verəcəklərsə, Azərbaycan hakimliyi heç vaxt irəli getməyəcək, buna əmin ola bilərsiniz...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
09:45
"Qarabağ" və "Turan Tovuz"un səfər sınağı
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
11.10.2026
10.10.2026
09.10.2026























