11 Oktyabr 2026, Bazar günü
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Digər idman növləri

Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar

Azərbaycan idmançıları oktyabrın 9-dan 11-dək Çexiyada keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Futbolxeber.az saytına Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medal qazanıblar.

13-14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli 45,210 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla qızıl medala sahib çıxıblar.

Beləliklə, gimnastlar turniri üç qızıl və bir gümüş medalla başa vurublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31