23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

Anar Sarıyev: "Basketbolçularımız Ermənistanla oyunda məsuliyyəti dərk edirdilər"

"Uşaqlarda bir az həyəcan var idi. Bu görüşün məsuliyyətini də dərk edirdilər".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının C divizionunda Ermənistanı məğlub (76:69) etdikləri matç barədə danışarkən deyib.
 
Mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını vurğulayıb: "Oyuna çox yaxşı başladıq. Uşaqları sakitləşdirdik, nəyə görə oynadığımızı başa saldıq. Bütün dünyaya qalib xalq olduğumuzu göstərmişik və yalnız idmançı kimi mübarizə aparmalıyıq. Görüşü qalibiyyətlə bitirdik. Uşaqları təbrik edirəm".
 
A.Sarıyev iyulun 27-də meydan sahibi Albaniyaya qarşı keçirəcəkləri yarımfinal oyununa da toxunub: "Rəqibi analiz edəcəyik. Heç vaxt əvvəlcədən danışmağı sevmirəm. Lakin qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, millimizin Albaniya ilə Elbasan şəhərində baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31