Basketbol
İlk dövrəyə baxış: 7 turun ən yaxşıları LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihəmizin budəfəki hissəsi noyabrın 15-də başa çatan ölkə çempionatının ilk dövrəsinin yekunlarına həsr olunub. Beləliklə, müxtəlif nominasiyalar üzrə ilk dövrənin ən yaxşılarını seçdik:
DÖVRƏNİN KOMANDASI...
Şübhəsiz ki, ən yaxşı komanda turnir cədvəlinin üst pilləsində yer alandır. Son illərin dəyişməz çempionu “Araz” çempionata çətin qələbə ilə start versə də, sonradan daha yaxşı çıxış etməyə başladı. İlk dövrədə Naxçıvan klubu keçirdiyi 6 oyunun 5-də qələbə qazandı. Alesionun yetirmələri yalnız 6-cı turda “Neftçi” ilə görüşdə büdrədi. Komanda keçirdiyi 6 oyunda 16 xal toplamaqla dövrənin zirvədə başa vurdu. Bu matçlarda “Araz” 34 qol vurdu və öz qapısında cəmi 6 top gördü. O da maraqlıdır ki, “Araz” 6 tur ərzində vurduğu 34 qoldan demək olar ki yarısını - 16 topu bir oyunda vurub. Dövrənin son turunda “Xəmsə”ni Naxçıvan təmsilçisi məhz 16 cavabsız qolla üstələdi.

...DÖVRƏNİN OYUNÇUSU...
Bu ada “Marafon”un kapitanı Renat Sultanovu layiq gördük. Sultanov ilk dövrədə özünü ən yaxşı tərəfdən göstərdi. Təcrübəli oyunçu vurduğu vacib qollarla komandasının inamlı çıxışında böyük pay sahibi oldu. Sultanov ilk dövrədə komandasının iştirakı ilə baş tutan tutan 6 oyunun hamısında meydanı qolla tərk edib. 5 görüşün hər birində 1 qol vuran Sultanov “Xəmsə” ilə matçda poker edib. Bu gün “Marafon”un turnir cədvəlinin ikinci pilləsində qərarlaşamasında Renatın çox böyük rolu var. Hazırda o, 9 qolla çempionatın bombardiridir.

...DÖVRƏNİN QAPIÇISI...
“Araz”ın qapıçısı Rövşən Hüseynli bu gün Azərbaycanın 1 nömrəsidir. Öz mövqeyində rəqib tanımayan Hüseynlinin ilk dövrənin ən yaxşı qapıçısı seçilməsində təəccüblü heç nə yoxdur.
Hüseynli ilk 6 matçda qapısında cəmi 1 top görüb. İlk turda “Ekol” 1, dördüncü turda “F.K. İD Futsal” 1, beşinci turda “Marafon” 2 və altıncı turda “Neftçi” 2 dəfə “Araz”ın qapısına yol yapıb. “Yasamal” və “Xəmsə” ilə görüşlərdə isə Rövşən qapısını toxunulmaz saxlamağı bacarıb.
Hazırda Hüseynlinin çempionatda 2 yerli rəqibi var ki bunlar “Ekol”un qolkiperi Emin Kürdov və “Neftçi”dən Elnur Zamanovdur. Amma adıçəkilənlərin hər ikisi yalnız Rövşənin əvəzləyicisi ola bilər. Təsadüfi deyil ki, Rumıniyada keçirilən UEFA Kubokunun seçmə mərhələ oyunlarında da “Araz”ın baş məşqçisi Joze Alesionun istəyi ilə Kürdov komandaya cəlb olundu. Amma Kürdov səfərə yalnız əvəzləyici qismində yollanmışdı. Hər 3 görüşdə də qapını Rövşən Hüseynli qorudu. Eyni hala millinin oyunları zamanı da şahidlik edəcəyimiz şübhə doğurmur.
...DÖVRƏNİN OYUNU...
İlk dövrə ərzində xüsusi fərqlənən biləcək bir neçə maraqlı oyun olub. Lakin sırf bir matçı seçmək lazım gəldiyindən üstünlüyü “Araz” - “Neftçi” matçına verdik. 6-cı turda baş tutan bu qarşılaşma olduqca maraqlı alındı. Sözügedən matç həm də liderin xal itirdiyi yeganə qarşılaşmadır.
Maraqlıdır ki, “Araz”ın baş məşqçisi Alesio da Silva və əsas oyunçularından Edurado cəzalı olduğundan, “Neftçi” ilə qarşılaşmanı tribunadan izlədi. Oyun sürətli hücumlarla başladı. Hər iki komanda xoşbəxtliyi rəqib qapısı qarşısında axtardığından, son anda səhvlər qaçılmaz oldu. “Araz” hücum xəttində daha fəal olsa da, real qol epizodunu “Neftçi” qaçırdı. Birinci hissənin tən yarısında isə Xətai İsayev zədələnərək meydanı erkən tərk etdi və oyunu davam etdirə bilmədi. Ardınca isə “Neftçi” hesabı açdı. Tural Qurbanov Rövşənlə dueldən qalib ayrıldı. Rüfətin səhvindən sonra topa sahib çıxan Maykonun ötürməsini isə Karvalho qapıdan keçirə bilmədi. Geri dönən topu Qabriel “çərçivə”yə istiqamətləndirsə də, bu dəfə qapı dirəyi son çempionun hesabı bərabərləşdirməsinə mane oldu. Əks hücumlara üstünlük verən “Neftçi” birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış rəqibin azlıqda qalmasına nail oldu. İsa Atayev “Neftçi”nin oyunçusunu kobudluqla dayandırdığına görə, qırmızı vərəqə ilə cəzalandırıldı. Maraqlıdır ki, “Araz” azlıqda qaldıqdan sonra qol vurmağa daha yaxın oldu. Thaqonun baş zərbəsi “çərçivə”dən azca aralı keçdi.
Fasilədən sonra təzyiqi artıran son çempion hətta 5 meydan oyunçusu ilə mübarizə apardı. Alesionun sevimli oyun üslubu 24-cü dəqiqədə bəhrəsini verməyə yaxın oldu. Amma Karvalhonun topu qapıdan keçirməsinə müdafiəçilər son anda imkan vermədilər. İnadından dönməyən “Araz” bir dəqiqə sonra hesabdakı status-kvonu bərpa etdi. Bu dəfə Barqos komandasının xilaskarı oldu. 31-ci dəqiqədə Barqosun dubl etməsinin qarşısını Elnur əla reaksiya göstərməklə alsa da, bir qədər sonra Maykonun qapı torunu silkələməsinə mane ola bilmədi. Alesio kənardan göstərişlərini verərək Thaqonun 5-ci meydan oyunçusu kimi davam etməsini istədi. 33-cü dəqiqədə Ramiz Çovdarov penalti zərbəsini qola çevirə bilmədi. Son dəqiqədə isə “Neftçi” bərabərlik qolunu vurdu. Beləliklə, altıncı turun mərkəzi oyunu heç-heçə başa çatdı.
...DÖVRƏNİN YENİLİYİ...
Əsas yenilik kimi yüksək liqa oyunlarının televiziya vasitəsi ilə canlı yayımlanmasını göstərmək olar. Bu məsələ hələ ötən ildən geniş müzakirə olunurdu. Ölkədə 2 idman kanalı ola-ola futzal çempionatının yayımlanmaması haqlı narazılıq yaranırdı. Nəhayət, problem bu mövsümün əvvəlində həllini tapdı.
Hələ çempionatın püşkatması zamanı yayım məsələsi geniş müzakirə olunmuş, federasiya rəhbərliyi ilə klub nümayəndələri arasında geniş görüş olmuşdu. Əslində, “CBC-Sport” kanalı matçları yayımlamaqda heç bir problem görmürdü. Bunun üçün sadəcə kanalın 2 istəyi var idi. Birinci istək oyunların məkanı ilə bağlı idi. Belə ki, “CBC-Sport” “Abu Arena”nın yayım üçün əlverişsiz olduğunu əsas gətirərək matçların Bakı İdman Sarayında keçirilməsini istəyirdi. Digər tərfədən də televiziyonçular yüksək liqa matçlarının həftə sonu deyil, həftəarası təşkilini arzulayırdı. Bu istəyi də anlayışla qarşılamaq olar. Çünki həftəsonu istər Topaz Premyer Liqasında, istərsə də İtaliya, Hollandiya kimi ölkələrin çempionatlarında maraqlı qarşılaşmalar keçirildiyindən “CBC-Sport”un istəyi başadüşüləndi.
Nəhayət, ortaq məxrəcə gəlmək mümkün oldu. “CBC-Sport” ikinci turdan etibarən turun mərkəz görüşünü canlı yayımlayır. İlk yayımlanan qarşılaşma ikinci tur çərçivəsində keçirilən “Yasamal” - “Araz” matçı idi. Həmin görüşdə Naxçıvan klubu əsasən iranlı legionerlərdən təşkil olunmuş rəqibi üzərində 4:0 hesablı qələbə qazandı.

... DÖVRƏNİN MƏŞQÇİSİ...
“Araz”ın çalışdırıcısı Joze Alesionun məşqçilik bacarığı hər kəsə məlumdur. Braziliyalı mütəxəssisin rəhbərliyi altında “Araz” “Dördlər finalı”nda oynayıb, eləcə də Azərbaycan yığması Avropa çempionatında yarımfinala kimi irəliləyib. Lakin ilk 7 tura əsasən, biz Alesionu deyil, “Marafon”un çalışdırıcısı Elşad Quliyevi dövrənin məşqçisi seçdik. Çünki “Araz”ın lider olacağı gözlənilən idisə, “Marafon”un ilk dövrədən sonra “Ekol” və “Neftçi”ni qabaqlamaqla ikinci pillədə qərarlaşmasını gözlənilməz saymaq olar. Bunda isə məhz baş məşqçi amili xüsusi vurğulanmalıdır.

Hazırladı: İBRAHİM
“Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
- Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:54
“Turan Tovuz” “Şamaxı”ya, “Neftçi” “Araz-Naxçıvan”a qarşı
-
10:42
"Real" sonda sevindi VİDEO
-
10:29
Yeniyetmə cüdoçularımız dünya çempionatını 2 medalla başa vurublar
-
10:13
"Tottenhem"dən böyük hesablı məğlubiyyət VİDEO
-
09:51
Rüfətin komandası mövsümə məğlubiyyətlə başladı
-
09:30
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi VİDEO
-
23:52
Rəşad Sadıqov: “5-6 futbolçu ilə danışıqlar aparırıq”
-
23:40
"Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
"Zirə" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:19
Güləşçimiz U-20 dünya çempionatının finalına yüksəlib
-
18:33
Azərbaycan kanoeçisi Polşada dünya çempionatında iştirak edəcək
-
14:00
Leyla Parşkova "Murov Az Terminal"a transfer olunub
-
13:24
"LANDAU Lions"da yeni müqavilə
-
12:47
Gürcüstan millisinin üzvü "Sevilya"da
-
11:15
“Arsenal”dan mövsümə uğurlu start VİDEO
-
10:56
Daan Rots: “Qarabağ”la oyuna başı dik getməliyik”
-
10:31
"Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:42
Toral oynadı, “Bursaspor” uduzdu
-
09:29
Ronaldo yeni mövsümdə qol hesabını açdı
-
09:13
Cəlal Hüseynovun komandası məğlub oldu
-
00:34
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
-
19:18
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
18:30
“Qaradağ Lökbatan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
17:55
II turun hakim təyinatları açıqlandı
-
17:27
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
-
17:02
“Yuventus” onunla müqaviləyə xitam verdi
-
16:46
Millidə yeni baş məşqçi
-
16:18
Fuad Ağayev Avropa çempionatında hakimlik edəcək
-
15:39
"Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
-
14:54
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
-
14:23
“Tvente”nin hücumçusu: “Cavab oyununda erkən qol vursaq...”
-
14:01
Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzadıb
-
13:48
Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar
-
13:30
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
-
13:15
Boksçumuz Avropa çempionatının finalında
-
12:57
Azərbaycan klublarından rekord
-
12:42
Sonuncu mogikan və 7 ay əvvəl yazılanların təsdiqi
-
12:26
Kadi Konfrans Liqasında rekordçu oldu
-
11:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:18
"Qarabağ"ın qələbəsi VİDEO
-
11:04
“Zirə” legionerini Kamboca klubuna satdı
-
10:51
"Malmö" Sumanı icarəyə verdi
23.08.2026
22.08.2026
21.08.2026
























