10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı

UEFA Millətlər Liqasının növbəti turunda Azərbaycan millisi ilə qarşılaşacaq Lixtenşteyn yığmasının kapitanı Nikolas Hasler zədə səbəbindən qarşıdakı oyunu buraxacaq.

Futbolxeber.az saytının Lixtenşteyn Futbol Federasiyasına istinadən verdiyi məlumata görə, 35 yaşlı yarımmüdafiəçi şənbə günü klubu “Vaduts”un “Sion”la matçında zədələnib. Bu səbəbdən o, millinin düşərgəsinə qoşula bilməyəcək.

Baş məşqçi Konrad Fünfştük Haslerin əvəzinə Manuel Mikusu heyətə dəvət edib. 27 yaşlı futbolçu Niderlandın AVV “Swift” klubunda çıxış edir.

Fünfştük kapitanın yoxluğunun komanda üçün ciddi itki olduğunu bildirib. 

Qeyd edək ki, Lixtenşteyn noyabrın 13-də "Reynpark" stadionunda Azərbaycan millisini qəbul edəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30