10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır

“Roma” futbolçusu Nauel Molinanı Argentina millisinin düşərgəsinə buraxmır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Football Italia”ya yazıb.

Qeyd olunub ki, İtaliya klubu artıq bu barədə Argentina Futbol Assosiasiyasını məlumatlandırıb. “Roma” Molinanın bugündən bərpa olunacaq məşqlərdə iştirakını tələb edir.  

Xatırladaq ki, FİFA DÇ-2026-nın finalında – İspaniya ilə matçdan sonra yaşanan insidentə görə Molinanı 7 oyunluq cəzalandırmışdı, futbolçu həmçinin 77 min dollar cərimələnmişdi. Lakin sonradan futbolçunun cəzası 4 matça endirilib.

Müdafiəçi artıq yığmanın 3 oyununu buraxıb. Noyabrda Argentina millisi Uruqvay və Kosta-Rika ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, Molina ikinci görüşdə meydana çıxa bilər. Buna baxmayaraq, “Roma” uzun təyyarə uçuşlarına görə futbolçunu millinin düşərgəsinə buraxmır.

Əlavə edək ki, Molina cari mövsüm bütün turnirlər nəzərə alınmaqla 12 matçda forma geyib və 1 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30