8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar

Azərbaycanın kayak və kanoeçiləri Batumidə beynəlxalq reqatanın mükafatçıları olublar.

Futbolxeber.az saytının məlumatına görə, Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə təşkil olunan beynəlxalq super sprint reqatası başa çatıb.

Azərbaycan Su İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, ölkə idmançıları yarışda uğurlu nəticə əldə ediblər.

Super sprint qaydalarına əsasən 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü keçib.

Amil Ramazanov isə kayak qayığında yarışı ikinci yerdə tamamlayıb.

Beləliklə, idmançılarımız beynəlxalq reqatada 1 gümüş və 1 bürünc medal qazanıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30