9 Noyabr 2026, Bazar ertəsi
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə futbolu

200-cü heç-heçə

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü dəfə heç-heçə edib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu yubiley Azərbaycan Premyer Liqasının XI turunda qeydə alınıb. Şamaxının eyniadlı təmsilçisi “Sabah”la səfər görüşündə bir xal qazanıb - 2:2.

Əvvəllər “Xəzər Universiteti”, “İnter”, “Keşlə” adları altında da çıxış edən komanda 737-ci matçında “200”ə çatıb. Heç-heçələrdən 93-ü evdə, 107-si səfərdə qeydə alınıb. Şamaxılılar “Neftçi” və “Qarabağ”dan sonra 200 və daha çox heç-heçə edən 3-cü komandadır.

Qeyd edək ki, “Xəzər Universiteti” adlandığı vaxt ilk heç-heçəsini edən komanda 1999-cu il dekabrın 5-də “Turan”la ev görüşündə qolsuz sülhə imza atıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30