9 Noyabr 2026, Bazar ertəsi
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə futbolu

Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”

“Düşünürəm ki, çox çətin oyun oldu. “Kəpəz” çox yaxşı komandadır. Amma bizim üçün ən vacibi 3 xal qazanmaq idi. Düzdür, qol vurmaqda çətinlik çəkdik. Yekunda 3 xal qazandıq və çox xoşbəxtik. Komandamla fəxr edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Viçko Şevel Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə deyib.

Xorvat futbolçu ilk dövrəni lider kimi bitirmələrinə belə münasibət bildirib: “Bu, sadəcə ilk dövrədir. Biz bu barədə düşünmürük. Sadəcə davam etməliyik. Hər oyunda qalib gəlmək, matçdan-matça irəliləmək istəyirik. Sonda hansı mövqedə olacağımızı görəcəyik. Ümid edirəm ki, çempion olarıq”.

O, növbəti turda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Biz “Neftçi”yik və hər oyuna çıxıb qalib gəlməliyik. Məşqçimiz və rəhbərliyimizlə birlikdə soyunub-geyinmə otağında da bu düşüncə tərzinə sahibik. Düşünürəm ki, sadəcə hazırlaşmalı, növbəti oyuna çıxıb qalib gəlməliyik. Ümid edirəm ki, ondan sonrakı matçda da qələbə qazanacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30