10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Digər idman növləri

İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər

Azərbaycanın cüdo hakimləri İslam Nəcəfquliyev və Vilayət Rəhimli Macarıstanın Dyör şəhərində keçirilən imtahanları uğurla başa vuraraq "B" kateqoriyalı beynəlxalq dərəcəli hakim adını qazanıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Belə ki, noyabrın 6-8-də Beynəlxalq Cüdo Federasiyasının (IJF) seminar və imtahan proqramında iştirak edən hakimlərin nəzəri bilikləri və praktiki hazırlığı qiymətləndirilib.

Seminar çərçivəsində yarış qaydalarının tətbiqi, texniki hərəkətlərin qiymətləndirilməsi və müxtəlif görüş vəziyyətlərində hakim qərarlarının verilməsi video nümunələr əsasında təhlil olunub.

Praktiki sınaqlar noyabrın 7-8-də Dyördə keçirilən yeniyetmələr arasında Avropa Kuboku zamanı təşkil edilib.

Bu mərhələdə İslam Nəcəfquliyev və Vilayət Rəhimlinin qaydaları düzgün tətbiq etməsi, tatamidə mövqe seçimi, qərarların ardıcıllığı və görüşlərin idarə olunması bacarıqları qiymətləndirilib.

Bütün mərhələləri uğurla tamamlayan Azərbaycan hakimlərinə "B" kateqoriyalı beynəlxalq dərəcəni təsdiqləyən diplom, həmçinin müvafiq qalstuk və döş nişanları təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30