9 Noyabr 2026, Bazar ertəsi
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Azərbaycan Premyer Liqasının 11-ci turunda "İmişli" ilə heç-heçə etdikləri matçı (0:0) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında üstün oyun sərgilədiklərini söyləyib:

"Balanslı oyun olacağını təxmin edirdim. Çünki indiyədək bu komandaya yalnız “Neftçi” və “Qarabağ” qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib matç idi. Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi. Daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Rəqib kompakt müdafiə olunurdu, bu da işimizi çətinləşdirirdi. “İmişli”nin də əks-hücumlarda imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi kimi qələbə istəyirdim. İkinci hissədə qol vursaq da, çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Son 8 oyunda yalnız “Zirə”yə uduzmuşuq. Bununla belə, oyunumuzu inkişaf etdirməliyik”.

- Roy Kehatı əvvəllər əsas heyətin vacib üzvü kimi görürdük. Son vaxtlar isə onu daha çox ehtiyatdan meydana buraxırsınız. Səbəb nədir?

- Roy bizim üçün çox vacib oyunçudur. O, ağır zədədən yeni qayıdıb. Buna görə də ona tədricən şans veririk. Ötən oyunda start heyətində yer almışdı. Qarşıdakı matçlarda komandaya necə kömək edəcəyini görüb qərar verəcəyik.

- Komanda ilk “altılıq”dan uzaqlaşır. “Kəpəz”lə xal fərqinin 7-yə çatması sizi narahat edir?

- Təbii ki, ardıcıl heç-heçələr və xal itkiləri məni narahat edir. İlk “altılıq”dan uzaqlaşmaq istəmirik. Amma çempionatda komandalar arasında ciddi güc fərqi yoxdur. Hər biri digərinə qalib gələ bilər. Hazırkı vəziyyət narahatlıq doğurur. Bununla belə, yekun nəticəni gözləmək və komandanın mövsümün sonuna qədər hansı vəziyyətdə olacağını görmək lazımdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30