8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”

“Çətin oyun idi. Çox güclü rəqibə qarşı mübarizə apardıq. Ümumilikdə yaxşı oynadıq. Əks-hücumlarda rəqibə çətin anlar yaşadırdıq. Yekunda da qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un müdafiəçisi Xorxe Silva Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Qarabağ”ı məğlub etdikləri oyun barədə danışarkən deyib.

Portuqaliyalı müdafiəçi 1:0 hesablı qələbəni belə şərh edib: “Bizim üçün vacib qələbə idi. Ardıcıl ikinci matçda güclü rəqib üzərində 3 xal qazandıq. Bu qələbələrə inanırdıq. Çünki “Turan Tovuz” da çempionatın ən yaxşılarından biridir”.

Silva hazırda çempionluq barədə düşünmədiklərini bildirib: “Komandamızın qarşısında böyük hədəflər qoyulub. Lakin indi mövsümün sonu, yaxud çempionluq barədə düşünmürük. Məqsədimiz hər növbəti oyunda qələbə qazanmaqdır”.

O, iddialılar üzərində qələbələrin komandaya əlavə motivasiya verdiyini vurğulayıb: “Ardıcıl üç iddialı komanda ilə qarşılaşmalarda 7 xal topladıq. Düşünürəm ki, bu, yaxşı nəticədir. “Qarabağ” üzərində qələbə də əhəmiyyətlidir. Bu qələbə bizə əlavə motivasiya verir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30