8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə

"Qarabağ” Azərbaycan Premyer Liqasındakı qolsuzluq seriyasını 3-ə çatdırıb.

Futbolxeber.az saytının məlumatına görə, “Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçələrdən sonra Ağdam klubu XI turda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.

Qurban Qurbanovun yetirmələri son 15 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib. “Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ardıcıl üç qarşılaşmada qol vurmayıb.

15 il 3 ay əvvəl – 2011-ci il avqustun 21-də “Kəpəz”i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sentyabrın 24-də AZAL-ın meydanındakı 3:1 hesablı qələbəyədək Ağdam klubu üç qolsuz görüş keçirib. Evdə avqustun 27-də “Qəbələ, sentyabrın 17-də “Xəzər Lənkəran”a eyni – 0:1 hesabı ilə uduzan komanda sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə heç-heçə edib – 0:0.

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qolsuz seriyası 4 matçdan ibarətdir. Belə seriya 2 dəfə qeydə alınıb. Ağdam klubu daha bir görüşdə fərqlənə bilməsə, bu antirekordu təkrarlayacaq.

Qeyd edək ki, “Qarabağ” həm də ardıcıl 4 oyunda qələbə qazanmamaqla son 11 mövsümdə ilk dəfə belə halla üzləşib. Ağdam klubu sonuncu dəfə 2015/16 mövsümündə belə seriya yaşayıb (pfl.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30