10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Digər idman növləri

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Yaponiyada beynəlxalq təlim-məşq toplanışına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, üç həftə davam edəcək hazırlıq prosesində 16 cüdoçu iştirak edir.

Belə ki, komandaya yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edirlər.

Toplanışın ilk mərhələsi Tokai Universitetinin nəzdində fəaliyyət göstərən Saqami məktəbində təşkil olunur. Cüdo ənənələri ilə seçilən Yaponiyada keçirilən hazırlıq prosesi idmançıların texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsi, beynəlxalq təcrübələrinin artırılması və yüksək rəqabətli məşq mühitinə uyğunlaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Məşqlər zamanı cüdoçuların fərdi texniki hazırlığı, randori bacarıqları, fiziki dözümlülüyü və müxtəlif üslublu rəqiblərlə mübarizə təcrübəsinin artırılmasına xüsusi diqqət yetirilir.

Beynəlxalq təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qarşıdakı yarışlara hazırlığının mühüm mərhələlərindən biri olmaqla yanaşı, onların uzunmüddətli inkişafına və gələcəkdə əsas milli komandaya keçidinə xidmət edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30