9 Noyabr 2026, Bazar ertəsi
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə futbolu

Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Zirə” - “Qəbələ” oyununda Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin təşkilatçılığı, “Zirə” və “Qəbələ” futbol klublarının dəstəyi ilə keçirilən aksiya çərçivəsində 3 saylı uşaq tərbiyə müəssisəsinin uşaqları meydana çıxarkən futbolçuları müşayiət ediblər. Uşaqlar meydana əllərində Azərbaycan bayrağı və üçrəngli bayrağımızın rənglərini əks etdirən formalarla çıxıblar.

Aksiya çərçivəsində klubların rəhbərlikləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

Təşəbbüsün əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, həmçinin onlarda milli dəyərlərə və dövlət rəmzlərimizə hörmət və sevgi hissini gücləndirməkdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30