8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”

“Qəbələ”nin futbolçusu Eşqin Əhmədovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Zirə”yə uduzdunuz. 1:2 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- Oyuna yaxşı hazırlaşmışdıq. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyunumuz da yaxşı alınırdı. Erkən qol buraxsaq da, hesabı bərabərləşdirə bildik. Məncə, oyun bizim üstünlüyümüzlə keçirdi. Qələbə qazanmağa çalışırdıq. Ancaq istəyimizə çata bilmədik. Son dəqiqədə qol buraxdıq. Buna görə təəssüflənirik.

- İstədiyiniz nəticəni qazanmağa nə mane oldu?

- Qələbə də qazana bilərdik. Heç-heçə də bizim üçün yaxşı nəticə olardı. Çünki turnir cədvəlində aşağı pillələrdəyik. Ən azı bir xal qazanarmaq istəyirdik. Təəssüf ki, son dəqiqədə diqqətsizlik etdik. Beşli müdafiəyə keçmişdik, amma diqqətsizlik nəticəsində qapımızda qol gördük.

- Çempionatda ilk dövrə başa çatdı. Ümumilikdə “Qəbələ”nin çıxışını necə dəyərləndirirsiniz?

- Mövsümə yaxşı başlaya bilmədik. İlk turlarda qələbə qazana bilmirdik. Buna görə turnir cədvəlinin son pillələrinə düşdük. İnanıram ki, komandamız bundan sonra daha yaxşı çıxış edəcək.

- Karyeranızda ilk dəfə Azərbaycan millisinə dəvət aldınız. Təəssüratlarınız necədir?

- Buna görə çox sevinirəm. Əsas millidə oynamaq hər bir futbolçu üçün şərəfdir. Mən də bu dəvətə görə qürur duyuram.

- Sizcə, milliyə mütəmadi dəvət almaq üçün nələr etməlisiniz?

- Öz üzərimdə daha çox çalışmalıyam. Davamlı olaraq milliyə dəvət almaq üçün ən yaxşısını etməliyik.

- UEFA Millətlər Liqasında Lixtenşteynlə, yoldaşlıq görüşündə isə Andorra ilə qarşılaşacağıq. Bu oyunlardan gözləntiləriniz?

- İlk oyun çox vacibdir. Qələbə qazanaraq qrup lideri ola bilərik. Yoldaşlıq qarşılaşması da önəmlidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30