7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Xarici futbol

Emre Belezoğlu yenə aləmi qarışdırdı

Dünən Türkiyə Superliqasının 21-ci turu çərçivəsində keçirilən “Fənərbaxça” - “Kasımpaşa” matçında (2:1) xoşagəlməz anlar yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, matçın 5-ci dəqiqəsində hakimin ofsayt qərarından sonra İstanbul klubunun kapitanı Emre Belezoğlu özündən çıxıb. Aqressiv futbolçu üzünü “Kasımpaşa”nın ethiyat oyunçular skamyasına çevirərək, əvvəlcə barmağını silkələyib, daha sonra isə qarşı tərəfi ağır söyüşlərlə təhqir edib. Bu məqam oyunu canlı yayımlayan “Lig TV”nin kameralarına da düşüb.

Təcrübəli futbolçunun bu addımı sosial şəbəkələrdə geniş müzakirəyə yol açıb. Azarkeşlər bu hərəkətinə görə Emreni sərt şəkildə tənqid ediblər.

Xatırladaq ki, buna bənzər olay ötən mövsüm də yaşanmışdı. “Kasımpaşa”nın ehtiyat oyunçular skamyasına söyüşlər yağdıran Əmrə, sonda məhkəməlik olmuşdu. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31