25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Ölkə futbolu

Quba Olimpiya Kompleksinin stadionunun ot örtüyü süni olacaq

I Liqada mübarizə aparan “Səbail” klubunun dəvəti ilə Almaniyanın “Polytan” şirkətinin mütəxəssisləri Quba Olimpiya Kompleksinin stadionuna baxış keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, Daniel Veyler ot örtüyünün durumuna, drenaj xətlərinin vəziyyətinə baxıb. Əcnəbi mütəxəssis yerli iqlimi, həm əsas, həm də akademiyanın bütün aşağı yaş qrupları üzrə komandalarının burada məşq edəcəyini nəzərə alaraq, öz təkliflərini verib. O, son nəsil süni ot örtüklü meydançanın salınmasını məqbul sayıb. Şirkət bu işlərin ən yüksək keyfiyyətlə həyata keçiriləcəyinə zəmanət verib.

Məlumat üçün bildirək ki, Almaniyanın “Polytan” şirkəti FİFA-nın rəsmi texniki tərəfdaşıdır, FİFA-nın Keyfiyyət Proqramı çərçivəsində “FİFA Preferred Provider” statusuna malikdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30