1 Mart 2026, Bazar günü
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Xarici futbol

“Bakı”nın keçmiş baş məşqçisi “Trabzonspor”u çalışdıra bilər

Türkiyənin “Trabzonspor” klubu baş məşqçi axtarışlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, hazırda Şenol Günəşlə danışıqlar aparan Trabzon təmsilçisinin namizədləri arasında sürpriz isim yer alıb. Söhbət vaxtı ilə “Bakı”nı çalışdıran Vinfred Şeferdən gedir. Əgər, Şenol Günəşlə razılıq əldə olunmasa, klub rəhbərliyi Şeferə rəsmi təklif göndərəcək.  2013-cü ilin iyul ayından Yamayka millisinin baş məşqçisi olan Şeferin sözləşməsi 2018-ci ilə kimidir.

Qeyd edək ki, 1982-ci ildən məşqçiliyə başlayan Şefer 1993-94 mövsümündə “Karslrue”ni UEFA kubokunun yarımfinalına yüksəltməsi ilə tanınıb. 2002-ci ildə isə 64 yaşlı alman mütəxəssis Kameruna Afrika Millət Kubokunu qazandırıb. 1 il sonra isə Şeferli Kamerun Konfederasiyalar Kubokunda ikinci olub. Amma alman mütəxəssisin “Bakı”dakı karyerası uğursuz alınıb.
 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31