12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Xarici futbol

FIFA bu ölkənin üzvlüyünü dayandırdı

FİFA Nepal Futbol Assosiasiyasının (ANFA) təşkilata üzvlüyünü dayandırıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu qərardan sonra Nepal millisi və ölkə klubları beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər.

Bildirilir ki, sanksiyaya səbəb nizamnamənin Nepal Milli İdman Şurası tərəfindən pozulması, assosiasiyadakı seçki prosesi ətrafında həll olunmamış münaqişə və seçkilərə üçüncü tərəflərin müdaxiləsi olub.

Qərarla yanaşı, Nepal Futbol Federasiyası FİFA üzvü kimi malik olduğu hüquqlardan da məhrum edilib. Assosiasiya və onun nümayəndələri FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən təşkil olunan inkişaf proqramlarında, təlim kurslarında və seminarlarda iştirak edə bilməyəcəklər.

FİFA üzvlüyün bərpası üçün iki şərt irəli sürüb. Birinci şərt Nepal Milli İdman Şurasının martın 25-də ANFA İcraiyyə Komitəsinin fəaliyyətini üç ay müddətinə dayandıran qərarının tam və qeyd-şərtsiz ləğv edilməsidir.

İkinci şərt isə assosiasiyaya öz nizamnaməsinə uyğun şəkildə artıq başlanmış seçki prosesini başa çatdırmaq imkanı verilməsidir.

Qeyd olunub ki, qadağa növbəti bildirişədək qüvvədə qalacaq. FİFA qərarla bağlı məktubun surətini AFC-yə göndərib və təşkilatın bütün üzvlərini məlumatlandırıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30