12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Xarici futbol

“Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi

Adı bir müddət əvvəl “Kəpəz”lə hallanan argentinalı mütəxəssis Federiko Bessonenin yeni iş yeri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 42 yaşlı çalışdırıcı Xorvatiyanın “Osiyek” klubu ilə müqavilə imzalayıb.

Bir müddət əvvəl Bessonenin Gəncə təmsilçisi ilə şifahi razılıq əldə etdiyi bildirilirdi. Lakin sonradan “Kəpəz”in planlarında dəyişiklik baş verib və klub baş məşqçi postuna Azər Məmmədovu gətirib. Nəticədə argentinalı mütəxəssis karyerasını Xorvatiya çempionatında davam etdirmək qərarına gəlib.

Xatırladaq ki, Federiko Bessone məşqçilik karyerası ərzində uğurlu nəticələri ilə diqqət çəkib. O, 2022-ci ildə “İnter”i, növbəti mövsümdə isə “Atletik”i Andorra çempionu edib. Argentinalı mütəxəssisin son iş yeri Sloveniyanın “Olimpiya” (Lyublyana) klubu olub. O, ötən ilin sentyabrında komandanın baş məşqçisi təyin edilib və paytaxt təmsilçisini turnir cədvəlinin 4-cü pilləsinə yüksəltməyi bacarıb.

Beləliklə, bir vaxtlar “Kəpəz”ə yaxın olan Bessonenin yolu sonda Xorvatiyaya düşüb. Gəncə təmsilçisi isə yeni mövsümdə Azər Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30