30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Xarici futbol

"Bavariya"dan son 31 ilin ən pis göstəricisi

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Bavariya" səfərdə PSJ-yə 4:5 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə. Münhen təmsilçisi 1995-ci ilin aprelindən sonra ilk dəfə avrokubok matçında qapısında 5 qol görüb. Sonuncu belə hal 1994/1995 mövsümündə yarımfinal mərhələsində səfərdə "Ayaks"la oyunda qeydə alınmışdı – 2:5.

Bundan başqa, PSJ 2025/2026 mövsümündə Çempionlar Liqasında 4 oyunda ən azı 5 qol vurub. Bu, turnirin cari mövsümündə ən yaxşı göstəricidir.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 6-da Münhendə keçiriləcək. Mərhələni keçəcək komanda finalda "Atletiko" - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31