14 Sentyabr 2026, Bazar ertəsi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da

Xarici futbol

Navarro: "Qarabağ"la oyunda əziyyət çəkdik"

"Atletik"in futbolçusu Robert Navarro Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri matç (3:1) haqda danışıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, görüşdə komandasının son qolunu vuran 23 yaşlı hücumçu Ağdam təmsilçisinin onları yorduğunu etiraf edib:

"Qarabağ" çox da tanınmayan liqada oynayır, lakin parlaq rəqabət aparan bir komandadır. Onlar daha əvvəl "Kopenhagen" və "Benfika" üzərində qələbə qazanmışdılar. Bu oyunda bir az əziyyət çəkməli olduq. Amma üç xalı əldə etdiyimiz üçün çox şadıq".

İspaniyalı forvard vurduğu qoldan da danışıb: "Çox xoşbəxtəm. Matçın əvvəlində qol buraxdıqdan sonra oynamaq heç vaxt asan deyil. Komandamız hesabı bərabərləşdirmək və üstünlüyü ələ keçirmək üçün çox çalışdı. İkinci hissədə meydana çıxdığım. Bu qolu vurduğum üçün çox şadam”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30