5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Xarici futbol

İslandiya millisinin baş məşqçisi: “Sabah biz mütləq qalib gəlməliyik”

İslandiya yığmasının baş məşqçisi Arnar Gyunnleyqsson 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycanla keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:

"Fernandu Santuş təcrübəli məşqçidir. Mənim beynəlxalq futbol təcrübəm isə göstərir ki, hər oyuna bütün varlığını qoymalısan, əks halda işlər pis qurtara bilər. Bu cür şeylər olmamalıdır. Biz özümüzü inanılmaz dərəcədə gümrah hiss edirik. Məşqlər əla keçib, meydan da çox yaxşı vəziyyətdədir. Hazırda gərginlik səviyyəsi ideal görünür və bu matçla bağlı çox yaxşı hisslərim var”.

O, böyük xəyalları olduğunu bildirib: “Bu oyunu ölüm-dirim məsələsi adlandırmaram, amma buna çox yaxındır. Böyük xəyallarımız var və irəli atılmaq istəyirik. Sabah biz mütləq qalib gəlməliyik. Bu, özümüzün üzərimizə qoyduğumuz təzyiqdir. Qələbə qazanmalıyıq və bu qarşılaşma ətrafında necə müzakirələrin getdiyini hiss edirik".

Qeyd edək ki, sabah Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31