26 Oktyabr 2026, Bazar ertəsi
Proqnoza fransız - YAZI
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Xarici futbol

UEFA-dan “Şkendiya”ya xəbərdarlıq

UEFA "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.

Futbolxeber.az saytının məlumatına görə, komandanın evdə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar buna səbəb olub.

Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə "Şkendiya" cərimələnəcək.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31