11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Xarici futbol

"Qarabağ"ın rəqibi mövsümə darmadağınla başladı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında 2025/2026 mövsümünün ilk oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda açılış oyununda "Şkupi"ni qəbul edib və 5:1 hesabı ilə qalib gəlib. "Şkupi" matçın 17-ci dəqiqəsindən azlıqda qalıb. Fisnik Zuka qırmızı vərəqə alıb.

Xatırladaq ki, "Şkendiya" "Qarabağ"la öz meydanında keçirdiyi ilk oyunda 0:1 hesabı ilə uduzub. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30