11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Xarici futbol

Ekvadorda stadiona silahlı hücum olub

Ekvadorda futbol matçı zamanı şok hadisə yaşanıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, dəhşətli insident Ekvadorun cənubunda, Peru ilə sərhəddə yerləşən Buenavista şəhərində baş verib.

Belə ki, stadiona gələn bir qrup silahlı şəxs azarkeşlərə atəş açıb. Nəticədə 3 nəfər ölüb, 12 yaşlı qız da daxil olmaqla 5 nəfər yaralanıb.

Polis polkovniki Pablo Fajardo bildirib ki, şübhəlilər hadisə yerinə iki motosikletlə gəlib və fanatlara atəş açıblar.

Sosial şəbəkələrdə yayılan videolarda silah səsləri, ardınca qaçan və qışqıran insanlar görünür. Hadisə şahidlərinin bildirdiyinə görə, cəsədlər stadionun qazonunda qalıb, yaralılar isə yaxınlıqdakı tibb mərkəzlərinə aparılıb.

Hələlik həbs olunanlar barədə məlumat verilmir, ərazidə araşdırma aparılır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30