26 Oktyabr 2026, Bazar ertəsi
Proqnoza fransız - YAZI
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Xarici futbol

Rüfət Abdullazadənin Xorvatiya çempionatında debütu baş tutmadı

Xorvatiya çempionatında 2025/26 mövsümünün ilk turuna yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, turun son oyununda həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Qoritsa”nı qəbul edib.

24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun debütu baş tutmayıb.  Belə ki, Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, sabiq “Səbail”li bu günlərdə “Varazdin”lə 3 illik müqavilə imzalayıb. Abdullazadənin komandası ikinci turda səfərdə “Slaven Belupo”nun qonağı olacaq. Avqustun 10-da keçiriləcək həmin görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31