13 Mart 2026, Cümə
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları

Xarici futbol

“Mançester Yunayted” “Portu”nun rekordunu təkrarlamağa yaxındır

Yarımfinalın cavab oyununda “Atletik”i 4:1 hesabı ilə məğlub edən “Mançester Yunayted” cari mövsüm Avropa Liqasında vurduğu qolların sayını 35-ə çatdırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, turnirin tarixində ən məhsuldar üçüncü göstəricidir.

Avropa Liqası tarixində bir mövsümdə ən çox qol vuran komanda “Portu” olub. 2010/11 mövsümündə Portuqaliya təmsilçisi sözügedən turnirdə rəqib qapılarından 37 top keçirib.

2018/19 mövsümündə isə “Çelsi” turnirdə 36 dəfə fərqlənməyi bacarıb.

Bu isə o deməkdir ki, “Mançester Yunayted” finalda 3 qol vursa, Avropa Liqası tarixində bir mövsümdə ən çox fərqlənən komanda olacaq. “Qırmızı şeytanlar” 2 dəfə fərqlənsə, “Portu”nun rekorduna şərik çıxacaq, 1 qol vuracağı təqdirdə isə “Çelsi”nin nəticəsini təkrarlayacaq.

Xatırladaq ki, “Mançester Yunayted” finalda digər İngiltərə təmsilçisi “Tottenhem”lə üz-üzə gələcək. Mayın 21-də keçiriləcək həlledici qarşılaşmaya Bilbao ev sahibliyi edəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31