27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Xarici futbol

Azərbaycanlı futbolçu Polşada klubunu dəyişdi

Polşada çıxış edən həmyerlimiz Həsən Hüseyn klubunu dəyişib.

Futbolxeber.az saytının məlumatına görə, 19 yaşlı futbolçu IV liqa təmsilçisi “Mazur Karçzev”a transfer olunub.

2020-ci ildən Polşada yaşayan H.Hüseyn son olaraq “Drukaç”da forma geyib.

Qeyd edək ki, Həsənin yeni klubunun əsası 1942-ci ildə qoyulub. “Mazur Karçzev” hazırda 16 komanda arasında liderdir. 38 xalı olan kollektiv ən yaxın rəqibini 2 xal qabaqlayır. “Mazur Karçzev” növbəti mövsümdən daha yuxarı liqada oynamağı hədəfləyir.  

Həsən Hüseyn artıq martın 15-də yeni klubunda rəsmi debüt edə bilər. Həmin günü “Mazur Karçzev” 17-ci tur çərçivəsində səfərdə “Proç Pionki”nin qonağı olacaq.

Xatırladaq ki, Həsən “Sabah”ın yetirməsidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31