2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Juninyo tibbi müayinədən keçdi, debüt matçının vaxtı bilindi

"Qarabağ"dan "Flamenqo"ya transfer olunan Olavio Juninyo Braziliya klubunda tibbi müayinədən keçib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Globo" nəşri yazıb.

28 yaşlı hücumçunun ilk üç rəsmi oyunda iştirak etməyəcəyi də bildirilib. Komandanın ABŞ-dakı təlim-məşq toplanışına qatılmayan Juninyo "Flamenqo" Braziliyaya qayıtdıqdan sonra kollektivə qoşulacaq.

Juninyonun Braziliyada yerli klublar arasında keçiriləcək "Carioca - Taca Guanabara" turnirində "Madureira", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcəyi, yanvarın 25-də isə "Volta Redonda" ilə görüşdə debüt edəcəyi bildirilib.

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"da çıxış edən Juninyo bu müddətdə 80 oyun keçirib, 42 qol vurub və 4 məhsuldar ötürmə edib. "Flamenqo" onu 5 milyon avro qarşılığında transfer edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31