30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Xarici futbol

Renat Dadaşov zədədən qayıtdı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb. 

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı futbolçu 6 turluq fasilədən sonra "Ankaragücü"nün heyətində meydana çıxıb.

Dadaşov Türkiyə 1-ci Liqasının 16-cı turu çərçivəsində “Manisa”ya qarşı keçirilən matçda forma geyib. Görüşə ehtiyatdan başlayan millimizin hücumçusu qarşılaşmanın 82-ci dəqiqəsində Alper Uludağın əvəzinə meydana çıxıb. Lakin Renatın qayıdışı uğurlu alınmayıb. Onun komandası öz meydanında uduzub - 0:1.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 23 xalda qalan “Ankaragücü” turnir cədvəlində 6-cı yeri tutur. “Manisa” isə 20 xalla 15-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31