6 May 2026, Çərşənbə
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Xarici futbol

UEFA Merih Demiralı cəzalandırdı

UEFA Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə qeyd edən Türkiyə millisinin üzvü Merih Demiralı cəzalandırıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçiyə iki oyunluq cəza verilib. Bu səbəbdən də Demiral 1/4 finalda Niderlandla keçiriləcək oyunu və əgər komanda yarımfinala adlayırsa, həmin mərhələnin matçında meydanda olmayacaq.

Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiralın məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilib.

Türkiyə mediasını yazdığına görə, cəza Almaniya hökumətinin müraciətindən sonra qəbul edilib.

Qeyd edək ki, Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31