21 Aprel 2026, Çərşənbə axşamı
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Xarici futbol

Maurinyo məşqə gecikən futbolçuya şans tanımadı

"Çelsi"nin aparıcı üzvü Eden Azar dünən ÇL-in qrup mərhələsinin dördüncü turu çərçivəsində "Şalke"yə qarşı baş tutan oyunda (3:0) forma geyməyib. Futbolxeber.az-ın məlumatına görə, Maurinyonun belçikalı futbolçunu cəzalandırması buna səbəb olub. Portuqaliyalı mütəxəssis özü bu haqda açıqlama verib: "Hansısa yalan uydurub, Azarın zədəli olduğunu deməyəcəyəm. O, məşqə gecikdiyinə görə cəzalanıb. Bu məsələni şişirtməyə ehtiyac yoxdu. Gəncdi, onun yaşında bu cür hallar yaşana bilər".

Qeyd edək ki, istirahətdən yararlanan Azar sabiq klubu "Lill"in "Monako"ya qarşı keçirdiyi oyunu izləmək üçün Fransaya yollanıb və bu səbəbdən də növbəti günə planlaşdırılan məşqə gecikib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30