16 Fevral 2026, Bazar ertəsi
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”
Yuri Vernidubdan qələbə şərhi

Xarici futbol

Luçesku: "Bayer" bizdən qorxur"

"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku sabah Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda Leverkuzen "Bayer"inə qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, rumın mütəxəssis qarşılaşmanın hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: "Növbəti mərhələyə yüksəlmək üçün sabahkı oyunda mütləq qələbə qazanmalıyıq. İlk oyunun nəticəsi rəqibə üstünlük verə bilər. Ümumi götürdükdə, biz heç ilk oyunda da uduzmamalıydıq. İlk yarıda onlar cəmi 1 qol epizodu yaratdılar. Təbii ki, bu, artıq geridə qalıb. İndi gələcəyə baxmalıyıq. Sabahkı oyuna yalnız qələbə üçün çıxacağıq. Bilirəm ki, son çempionat oyununda "Bayer" gücünü qoruyub, 5 aparıcı futbolçu meydana çıxmayıb. Onlar bizə təkcə hörmət etmirlər, həm də qorxurlar. Sabahkı matç bizim kimi "Bayer" üçün də mühüm əhəmiyyət kəsb edir". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28