29 Yanvar 2026, Cümə axşamı
"Qarabağ" "Liverpul" səfərində
"Turan Tovuz" onunla vidalaşdı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də

Xarici futbol

“Fənərbaxça”nı Luçesku çalışdıracaq?

Mirça Luçesku yenidən Türkiyədə çalışa bilər.

Futbolxeber.az saytının “NTV Spor”a istinadən verdiyi məlumata görə, “Fənərbaxça” rumın mütəxəssisin xidmətində maraqlıdı. Luçesku bu günlərdə baş məşqçi postundan ayrılan Jorje Jezusu əvəzləyə bilər.

Qeyd edək ki, Luçesku 2020-ci ildən Kiyev “Dinamo”sunda çalışır. 77 yaşlı mütəxəssisin Ukrayna təmsilçisi ilə müqaviləsi gələn yay başa çatacaq.

Əlavə edək ki, Luçesku daha əvvəl “Qalatasaray”, “Beşikaş” və Türkiyə milli komandasının baş məşqçisi olub. Rumın mütəxəssisin rəhbərliyi altında “Qalatasaray” 2001/02, “Beşiktaş” isə 2002/03 mövsümündə Türkiyə Superliqasının qalibi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31