26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Xarici futbol

Hansı komandalar Braziliyaya yollanmaq şansını saxlayır?

Gələn il Braziliyada təşkil olunacaq DÇ-2014-də mübarizə aparacaq 32 komandadan 21-i məlumdur. Futbolxeber.az-ın məlumatına görə, son 11 vəsiqənin sahibi play-off matçlarından sonra bəlli olacaq. 11 kollektivdən 4-ü Avropanı, 5-i isə Afrikanı təmsil edəcək. Digər iki vəsiqə uğrunda isə Cənubi və Şimali Amerika, Okeaniya və Asiyanın nümayəndələri mübarizə aparır. Avropada Xorvatiya, Portuqaliya, Yunanıstan, Ukrayna (ilk 4-lük), Fransa, İslandiya, Rumıniya və İsveç (digər 4-lük) play-offa adlayıblar. Burada isə ilk 4-lükdə qərarlaşan komandalar digər 4-lükdəki kollektivlə görüşəcək. Danimarka millisi də qrupu ikinci pillədə tamamlamasına baxmayaraq, az xal topladığına görə play-offdan kənarda qalıb. Digər 7 vəsiqənin taleyinə isə aşağıdakı matçlardan sonra aydınlıq gələcək: Uruqvay - İordaniya Meksika - Yeni Zelandiya Misir - Qana (ilk oyun - 1:6) Nigeriya - Efiopiya (2:1) Kamerun - Tunis (0:0) Əlcəzair - Burkino Faso (2:3) Seneqal - Fil Dişi Sahili (1:3)







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31