12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Xarici futbol

“Çelsi” Potteri qovdu

“Çelsi” baş məşqçi Qrem Potteri istefaya göndərib.

Futbolxeber.az saytının məlumatına görə, London klubunun bu haqda yaydığı açıqlama deyilir:

“Bəyan edirik ki, Qrem Potter klubu tərk etdi. O, klubun şərtləri ilə razılaşdı və gedişini tezləşdirdi. Biz klubdakı fəaliyyətinə görə ona təşəkkür edirik və gələcək karyerasında uğurlar arzulayırıq”.

“Çelsi” müvəqqəti olaraq Bruno Saltora tapşırılıb.

Qeyd edək ki, Qrem Potter “Çelsi”ni 2022-ci ilin sentyabrından çalışdırırdı. 47 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanmışdı. Onun rəhbərliyi altında “Çelsi” 31 matçdan 12-də qələbə qazanıb, 11-də uduzub və 8 dəfə heç-heçə edib. Hazırda London təmsilçisi 38 xalla Premyer Liqada 11-ci yeri tutur. Çempionlar Liqasında 1/4 finala adlayan “zadəganlar” bu mərhələdə “Real”la üz-üzə gələcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30