30 Oktyabr 2026, Cümə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Xarici futbol

Ten Haq: “Mançester Yunayted” “Sevilya” ilə oyuna hazır deyildi”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avroliqanın 1/4 finalında “Sevilya”dan alınan 0:3 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, niderlandlı mütəxəssis komandasının görüşə hazır olmadığını bildirib:

“Bu cür səhvlər buraxanda qələbə qazanmaq çox çətin olur. Biz daha yaxşı oynamağa məcburuq. Təkbətək mübarizələr zamanı səhv qərarlar qəbul edirdik. Rəqib isə daha istəkli idi. Belə səhvlərə yol verərkən yenilgi qaçılmazdı. Mən futbolçularıma inanıram, onların bacarıqlarına bələdəm. Amma belə görünür ki, biz bugünkü oyuna hazır deyildik”.

Xatırladaq ki, iki oyunun nəticəsinə görə “Sevilya”ya 2:5 hesabı ilə uduzan “Mançester Yunayted” Avroliqa ilə vidalaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31